“Yuventus” maliyyə fırıldaqlarına görə növbəti cəza ilə üzləşə bilər. İtaliya Futbol Federasiyası futbolçuların maaşları ilə bağlı saxtakarlığa görə “Yuventus”dan ən azı 20 xal silinməsini istəyir.

İtaliya mətbuatının yazdığına görə, Turin təmsilçisi pandemiya zamanı kluba kömək etmək üçün futbolçularla dörd aylıq maaşlarından imtina etməyə razılaşdıqlarını elan edib. Ancaq araşdırmalar göstərib ki, komandaya yalnız 1 ay maaş ödənilməyib. Digər 3 ayın pulları isə mükafat, bonus və başqa formalarda ödənilib. Yəni futbolçuların maaşı gizli şəkildə onlara çatdırılıb.

Xatırladaq ki, bundan əvvəl maliyyə fırıldağına görə “Yuventus”un 15 xalı silinib və komanda 3-cü pillədən 10-cu yerə düşüb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp