Vinisius Junior yubileyini qələbə və qol ilə əlamətdar edib. Braziliyalı buna dünən nail olub.
Futbolinfo.az xəbər verir ki, “Real”ın cinah hücumçusu La Liqa çərçivəsində “Valensiya”ya qarşı matçda (2:0) komandasının 2-ci qolunu vurub. Madrid klubunun heyətində 200-cu oyununa çıxan Vinisius bu müddətdə 49 qol vurub, 49 məhsuldar ötürmə edib. Belə uğurlu statistika onun klubla 7 mükafat qazanmasına kömək edib.
Junior 2018-ci ilin yayıından Madriddədir. Yetirməsi olduğu “Flamenqo”dan transfer olunan 22 yaşlı istedadın “Real”la hələ ilyarımlıq müqaviləsi var.