Mərakeşdə boks üzrə Qızıl kəmər seriyası çərçivəsində ilin ilk turnirinə start verilib.

Futbolinfo.az xəbər verir ki, birinci yarış günündə Azərbaycan millisinin heyətində Nəbi İsgəndərov rinqə çıxıb.

67 kq çəkidə mübarizə aparan Avropa çempionatının mükafatçısı 1/8 final çərçivəsində Atomani Baroufla (Komor adaları) üz-üzə gəlib. Görüş təmsilçimizin 5:0 (30:26, 30:24, 30:24, 30:24, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

İsgəndərov növbəti döyüşündə ilk mərhələdən azad olan Selbi Dlamini Tabiso (Esvatini) ilə gücünü yoxlayacaq.

Fevralın 10-da bitəcək yarışın ikinci günündə daha 2 boksçumuz mübarizəyə qoşulacaq. 1/8 final çərçivəsində Tayfur Əliyev (60 kq) Kərim Abdulu (Mali), Sərxan Əliyev (71 kq) Sarohatua Lumbantobinqi (İndoneziya) sınağa çəkəcək.

Shares: