“Sumqayıt”ın yarımmüdafiəçisi Vüsal İsgəndərli komandanın ev oyunlarını Mehdi Hüseynzadə adına şəhər stadionunda keçirməsini arzulayır. O, indiki arenadan narazı deyil, amma yenini daha çox bəyənir.

Futbolinfo.az-a açıqlama verən futbolçu nəticələrin meydan amli ilə bağlı olmadığını da deyib: “Məncə, daha yaxşı olar. Mehdi Hüseynzadə adına stadionu görürük, əla arenadır, xoş aurası var. Dörd tərəfi tribunalarla bağlanıb. İndiki stadionumuz da yaxşıdır. Məğlubiyyətləri stadionun üstünə atmaq olmaz. Ancaq Mehdi Hüseynzadə adına stadiona köçməyimiz bizə müsbət mənada təsir edə bilər”.

Shares: