Cənubi Koreyada da təmsilçimiz olacaq. Həm də Asiya ölkəsinə gedəcək legionerimiz Avropa klubun tərk edərək karyerasında yeni səhifə açacaq.
Azərbaycan yığmasının müdafiəçisi Anton Krivotsyukun Cənubi Koreya klubuna keçəcəyi barədə xəbər vermişdik. Futbolinfo.az-ın əldə etdiyi məlumata görə, o, adıçəkilən ölkənin “Decon Hana Sitizen” klubu ilə anlaşıb.
Ukrayna əsilli futbolçunun çıxış etdiyi Polşanın “Visla” (Plok) klubunda çıxış edən 24 yaşlı oyunçu artıq Cənubi Koreyaya yollanmağa hazırlaşır. Polşalılar onun üçün qarşı tərəfdən 600 min avro tələb edib. “Dejon Hana Sitizen”in bu məbləği ödəməyə hazır olduğunu bildirilir.
Qeyd edək ki, Anton Krivotsyuk 2017-2021-ci illərdə “Neftçi”də oynayıb. O, 2021-ci ildən etibarən “Visla”nın şərəfini qoruyur.