Bu həftə dünyanın ən yaşlı futbolçusu olan Kadzuesi Miura özünə yeni klub tapıb. Yaponiyalı futbolçu mövsümün sonuna qədər Portuqaliyanın ikinci liqasında çıxış edən “Oliveyrense”yə transfer olunub. İcarə əsasında bu klubda forma geyinəcək Miura 5 fərqli onillikdə oynayan ilk peşəkar futbolçu adını qazanıb.

Azərbaycanda da belə bir  futbolçu olub. Bərdə futbolunun canlı əfsanəsi olan Əli Quliyev aktiv futbolçu karyerasını 53 yaşında başa vurub. O, son olaraq “ABN-Bərdə” və Masallının “Viləş” klublarının formasını geyinib. Hamının “At Əli” ləqəbi ilə tanıdığı 69 yaşlı veteran futbolçu o illəri belə xatırlayır.

329157823 607843561165717 1543255822855010171 n - Futbolinfo.az

Əli müəllim bu yaşadək oynamaq üçün əsasən qidaya və fiziki duruma fikir verməyin əsas rol oynadığını bildirir.

Artıq böyük futbol 12 ildi Bərdədən uzaq qalıb. Veteran futbolçunun ən böyük arzusu, pis vəziyyətdə olan Bərdə mərkəzi stadionun yenidən bərpa olunması və burda yeni futbol komandasının yaradılmasıdır. Ən böyük istəyi isə 70 illiyini məhz bu arenada keçirmək olduğunu deyir.

328544216 943114910148589 6860402131383988022 n - Futbolinfo.az

BƏHRUZ MUSAYEV, Bərdə

Shares: