“Qarabağ” azarkeşləri Premyer Liqanın 21-ci turu çərçivəsində keçirilən “Kəpəz”lə səfər oyununda problemlə üzləşiblər.

Futbolinfo.az xəbər verir ki, onların oyunu tribunadan izləmələrinə icazə verilmir.

Belə ki, qəzalı vəziyyətdə olan Gəncə şəhər stadionunun tribunalarında yalnız 3 min azarkeşin yer almasına icazə verilir. Həmin limiti də yerli fanatlar doldurduğundan, “Qarabağ”ı dəstəkləməyə gələn azarkeşlər nəzərə alınmayıb. Bu üzdən Ağdam klubunun tərəfdarları oyunu meydanın kənarından izləmək məcburiyyətində qalıblar. Polis onları tribunaya buraxmır.

Shares: