Harri Keyn “Tottenhem”in tarixinə düşdü. “Mançester Siti” ilə cari turdakı matçda yeganə qola imza atan kapitan şərikliyə son qoydu.
Futbolinfo.az xəbər verir ki, ingilis hücumçu bu matçadək Cimmi Qrivzlə birlikdə “Tottenhem” tarixinin ən məhsuldar oyunçuları idi. Keyn 415, Qrivz 379 oyuna 266 qol vurmağ bacarmışdı. Harri 267-ci qolunu vurmaqla karyerasını bitirmiş veteranı birdəfəlik özündən geri atdı.
Ardıcıl 5 ev oyununda “şəhərlilər”i top buraxmadan yenən “Tottenhem”in liderinin bu qolu həm də yubiley əhəmiyyətli idi. Keyn Premyer Liqa matçlarındda 200-cü dəfə fərqlənməklə siyahıya bunu bacarmış 3-cü oyunçu kimi düşdü. Hazırda yalnız Alan Şirer (260) və Ueyn Runidən (208) geri qalan Harrinin karyerasını bitirmiş bu oyunçuları geridə qoymaq üçün yetərincə vaxtı var.
Keynin ötən mövsümlə müqayisədə daha məhsuldar oynadığını da qeyd edək. Keçən çempionatda 17 qolu 37 matçda vuran Keyn, hazırda bu həddə 22 qarşılaşmadan sonra çatıb.