Rafael Varan Fransa millisində karyerasını erkən başa vurmasının səbəbini açıqlayıb. Mərkəz müdafiəçisi özünə daha çox vaxt ayırmaq istəyir.
Futbolinfo.az xəbər verir ki, qərarının səbəbini açıqlayan oyunçu bundan sonrakı karyerasını “Mançester Yunayted”ə həsr etmək niyyətindədir: “Həddindən artıq gərgin və sıx qrafiklə oynayırıq, dayanmadan meydana çıxırıq. Sanki boğuluram. Hiss edirəm ki, futbolçu Varan insan Varanı məhv edir”.
Xatırladaq ki, bir dəfə dünya çempionu olmağı bacaran Rafael, son mundialda finalda məğlubiyyətlə barışdı. 29 yaşlı oyunçu 10 il “Real”da oynadıqdan sonra 2021-in yayında Mançesterə gəlib.