Türkiyədə ötən gecə baş vermiş zəlzələ ilə əlaqədar Super Liqanın bu gün keçirilməli olan 3 oyunu təxirə salınıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, ölkədəki vəziyyətlə bağlı “Ümraniyəspor” – “Adana Dəmirspor”, “Fənərbaxça” – “Konyaspor” və “Girəsunspor” – “Kayserispor” matçları başqa vaxt keçiriləcək.

Sözügedən oyunlarla bu gün Super Liqada 23-cü tura yekun vurulacaqdı. Lakin dəhşətli dağıntılara səbəb olan zəlzələ bu oyunların təxirə salınmasını labüd edib. Zəlzələyə görə Türkidəyə bütün idman tədbirləri növbəti xəbərdarlığa qədər dayandırılıb.

Shares: