İngiltərə klubları indidən yay transfer pəncərəsinin planlarını qurur. Bu baxımdan “Çelsi” və “Liverpul”un hədəfi eynidi.
Futbolinfo.az xəbər verir ki, bu klublar eyni vaxtda “Atletik”in futbolçusuna elçi düşüb.Onlar bilbaoluların 22 yaşlı yarımmüdafiəçisi Oyan Sanseti heyətinə qatmaq üçün qiyabi mübarizə aparır.
İspaniya klubu bunu fürsət bilərək oyunçusunun qiymətini yüksəldib. “Atletik” gənc oyunçusunu yaxşı qiymətə satmağın əleyhinə deyil.
Bilbao klubunda yetişən futbolçunun doğma komandası ilə ilyarımlıq müqaviləsi var.