Ötən gün “Şamaxı” üzərində 1:0 hesablı qələbə qazanan “Turan Tovuz”un futbolçusu Eltun Turabov zədələnməsindən danışıb.

Futbolinfo.az-a açıqlama verən müdafiəçi matçın birinci hissəsindən sonra əvəzlənməsindən də söz açıb:

“Ayağım burxuldu, ağrı var idi. Amma həmin an çalışdım ki, oynayım. Lakin getdikcə ağrılar daha da artırdı. Baş məşqçi də risk etmədi və fasilədə məni əvəzlədi”.

Shares: