“İstanbulspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi Kosovo yığmasının və Polşanın “Krakoviya” klubunun yarımmüdafiəçisi Florian Loşayı transfer edib.

Azad agent statusuna malik 26 yaşlı futbolçu ilə müqavilə 2027-ci ilin 30 iyununa kimi nəzərdə tutulub.

Belçikanın “Genk” klubunun yetirməsi olan Loşay, “Maastrixt”, “Roda”, “Politexnika Yaşi” kimi klublarda da forma geyinib. 2020-ci ildən “Krakoviya”da çıxış edən yarımmüdafiəçi bu komandada 80 oyuna 4 qol vurub. O, Kosovo millisində də 17 oyun keçirib.

“İstanbulspor” Bosniya və Herseqovinadan olan yarımmüdafiəçisi Aldin Çayiçlə də yollarını ayırıb. 30 yaşlı futbolçuya azad agent statusu verilib. 2017-ci ildən bu klubda forma geyinən yarımmüdafiəçi 125 oyuna çıxıb, 27 qol vurub. O, “Tuzlaspor”, “Teplitse”, “Dukla” (Praqa) və “Elazığspor” kimi klublarda da oynayıb.

Shares: