“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caberin futbolinfo.az saytına müsahibəsi

– “Sumqayıt” üzərində qələbə komandaya təkan olacaq?

– Bizim göstərmək üçün hələ çox şeyimiz var. Məşqdə etdiklərimizi meydançalara daşımağa çalışmalıyıq. Növbəti oyunlarda daha yaxşı görünməyə çalışacağıq. Bunun üçün potensial da var, gücümüz də.

– Hədəfə doğru getmək üçün nə lazımdır?

– Hər qələbə inam verir. Növbəti oyun yaxşı komandaya qarşı olacaq. İstədiyimiz hər şey öz əlimizdədir. Biz özümüzə inanırıq.

– Qeyri-sabit çıxışınızı qaydasına salmaq mümkün olacaq?

– Oyun planı üzərində işləyirik. Bəzən daha yaxşı olur, bəzən isə istədiklərimiz az olur. Oyunların bir çoxunda topa nəzarət edirik. Bunu tam edənə qədər çalışamıyıq. Düşündüklərimizi meydançaya daşıyıb yerinə yetirməliyik.

– Əsas rəqibiniz “Sabah”a 3 oyunda udumusunuz. Bu nəticələr ümidsizlik yaratmır?

– Bütün oyunlar vacibdir. Düşünürəm ki, “Sabah”la matçlarda öz səhvlərimiz ucbatından uduzduq. Onlar çox yaxşı komandadır. Lakin biz rəqibə rahatlıq, meydanda oynamaq imkanı verdik və bu, səhvdir. Bizə yaraşmayan səhvləri təkrarladıq. Amma bu mövsümün qalan hissəsində hər şey yaxşı olacaq.

– Mövsümün sonunda “Neftçi”nin hansı pillədə olacağını düşünürsüz?

– Sona qədər hədəfimizdən əl çəkməyəcəyik. Hər oyuna qalibiyyət, xal və xallar üçün çıxacağıq. Bütün oyunlardan maksimum nəticə ilə ayrılmağa çalışacağıq.

– Birincilik mübarizəsindən qopmusuz?

– Hazırda birincilikdən çox uzağıq. Bu, bizdən asılı deyil. Özümüzlə real davranmalıyıq.

– Kuboku başınız üzərinə qaldıra bilərsiniz…

– Kubok bizim özümüzdən asılıdır. Biz də liqada çox xallar qazanmaq istəyirik. Amma Azərbaycan kubokuna sahib olmaq da var.

– Qarşıda “Qəbələ” ilə  matç var və rəqibiniz asan komanda deyil…

– “Qəbələ” təhlükəli komandadır. Lakin biz müsbət seriyamızı davam etdirmək istəyirik. Məşqçinin tapşırıqlarına əməl etsək, paytaxta 3 xalla qayıdacağıq.

FƏRİD

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp