PSV gənc oyunçusu Xavi Simonsu heyətdə saxlamağa çalışır. Bir sıra klubların diqqət mərkəzində olan futbolçunu satmaq istəməyən eyndhovenlilər onunla yeni anlaşma imzalamaq niyyətindədir.

Futbolinfo.az xəbər verir ki, Kodi Qakponun satışından sonra gələcəyin daha bir ulduzunu itirmək istəməyən baş məşqçi Ruud van Nistelroy futbolçu ilə görüşüb: “Xavi Simonsla yeni müqavilə imzalamaq üçün danışıqları davam etdirik. Onunla görüşdüm, PSV-ni Xvinin ətrafında böyütmək istədiyimizi bildirdim. Simonsa kilid oyunçu gözü lə baxırıq”.

PSV-nin narahatlığının səbəbi futbolçunun müqaviləsindəki bənddir. Belə ki, Xavini almaq istəyən 12 milyon avroluq satınalma bəndindən istifadə etməklə ona sahib çıxa bilər. Eyndhovenlilər isə futbolçunun daha baha qiymətə satıla bləcəyinə əmindir. Bu səbəbdən onunla yeni müqavilə bağlamaq, satış qiymətini qaldırmaq istəyirlər.

Simons ötən yay PSJ-dən transfer olunub. 19 yaşlı futbolçu ilə 2027-ci ilin yayına kimi müqavilə bağlanılıb. Lakin qeyd etdiyimiz səbəbdən PSV hər an onu itirə bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp