“Tottenhem” yayda Harri Keyni satmağa razıdır. Amma londonlular onu İngiltərənin rəqibləri olan başqa bir komandasına buraxmayacaq.

Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi hücuçunun transferində maraqlı olan “Bayern” və “Real”ın təkliflərini dinləməyə hazırdır. Münhenlilər aylardır Keynlə maraqlanır, sadəcə, transfer qiymətinin yüksək olması üzündən tərəddüddədirlər. “Real” variantı isə Mauritsio Poçettinə amilinə görə ortaya çıxıb.

Madrid klubunun son uğursuzluqları baş məşqçi Karlo Ançelottiyə etimad limitini tükədib. “Real” rəhbərliyi titul qazanmayacağı halda italiyalı mütəxəssisi istefaya göndərib Poçettinonu “sükan arxasına” gətirəcək. Argentinalı ilə ilkin danışıqlar aparıldığı deyilir. O, əsas tələbi kimi sevimlisi olan Harrini transfer etməyi istəyib.

Hələlik konkret təklif yoxdur, lakin “Tottenhem” məhz bu klublara müştəri gözü ilə baxır. “Mançester Yunayted” daha çox pul təklif etsə belə, Keyn İngiltərənin digər təmsilçisinə buraxılmayacaq.

“Tottenhem” yetirməsi olan, müxtəlif klublarda icarədə oynadıqdan sonra son 10 ili London klubunda keçirən 29 yaşlı futbolçunun müqaviləsi ilyarımdan sonra bitir. Lakin klub rəhbərliyi onun yeni anlaşma bağlamayacağını bildiyindən, hücumçunu azad agent kimi itirməmək üçün elə bu yay satmaq niyyətindədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp