Ötən ilin sonunda “Sevilya”dan ayrılan İsko klub axtarır. Qış transfer pəncərəsində yeni iş yeri tapa bilməyən yarımmüdafiəçi, azad agent olduğundan, istənilən vaxt müqavilə bağlaya bilər və bu üstünlükdən faydalanmağa çalışır.

Futbolinfo.az xəbər verir ki, adı bir sıra Türkiyə klubları ilə yanaşı hallanan ispanın indi də “Roma”ya keçidi gündəmdədir. Nikolo Zaniolonu “Qalatasaray”a satmağa razı olan və yarımmüdafiəçisini bu gün İstanbula yola salan “canavarlar” boşluğu İsko ilə dolduracaq (Calciomercato).

Amma İsko “Vulverhempton”a da təklif edilib. Bu komandanın baş məşqçisi olan Xulen Lopateqi “Sevilya”da ispanla birgə işləyib və yarımmüdafiəçi məhz məşqçiyə qarşı haqsızlığa etiraz etdiyi üçün klubdan ayrılıb. Lopateqi İskoya ehtiyac duymadığı halda “Roma” variantı aktuallaşacaq.

Maraqlıdır ki, İsko bir müddət öncə “Union Berlin”ə keçmək üzrə idi. Almanlar ondan son anda sağlamlığındakı problemlərə görə imtina etdi. Xroniki zədəsi olduğu deyilən futbolçunun indi başqa dəvətlər gözləməsi özü də qəribədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp