“Mançester Yunayted” və “Liverpul” çempionluq sayını artıra bilər. İngiltərə başverənlər indiki kimi davam etsə, hər iki klub titul kolleksiyasına daha 3 çempionluq kubiku əlavə edəcək.

Futbolinfo.az xəbər verir ki, “Mançester Siti”nin günahları təsdiqlənərsə, klubun son 6 çempionluq titulu əlindən alınacaq. 2009-cu ildən bəri maliyyə tələblərini pozduğu deyilən və hesabından azı 15 xalın silinəcəyi gözlənilən “şəhərlilər”, ən bəd ssenaridə qazandığı titulları da itirəcək.

Belə olacağı halda həmin mövsümlərdə 2-ci olmuş komandalar çempion sayılacaq. 2012, 2018 və 2021-ci illərdə “Mançester Yunayted”, 2014, 2019 və 2022-ci illərdə isə “Liverpul” liderin arxasında yer alıb. Deməli , “Siti” ən sərt sanksiyalarla üzləşsə, bu klublar çempionluq sayına hərəsi daha 3 mükafat əlavə edəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp