Vinisius Junior Malyorka məhkəməsinə müraciət edib. Rəsmi ərizə yazan braziliyalı ona qarşı irqçi davranışlarla gündəmə gələn şəxsin cəzalanmasını istəyir.

Futbolinfo.az xəbər verir ki, olay İspaniya La Liqasının son turunda reallaşıb. “Malyorka” – “Real” matçında qonaqların braziliyalı futbolçusu dəfələrlə irqçi təzyiqlərə məruz qalıb. Hücumçu bu olayın baş rol qəhrəmanının bir nəfər olduğunu düşünür və həmin şəxsin foto/videogörüntülərini fakt kimi məhkəməyə təqdim edib.

Xatırladaq ki, matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp