Pol Poqba “Yuventus”da qalacaq. Turinlilər onunla müqaviləni pozmağa hazırlaşmır.

Futbolinfo.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəhbərlərindən Fransesko Kalvo məlumat verib: “Mətbuatda bu barədə çox yazırlar, amma mən qətiyyətlə təkzib edirəm. Poqba bizim oyunçudur və onunla vidalaşmağı düşünmürük”.

Fransa millisinin üzvünün zədələrdən qurtula və bu üzdən komandaya kömək edə bilməməsi söz-söhbətlərə səbəb olub. İtaliya mətbuatında ikinci dəfə “Yuventus”a gələn yarımmüdafiəçinin tezliklə yola salınacağı barədə xəbərlər var. Kalvo isə bütün bunları təkzib edir: “O, bizim üçün önəmli oyunçudur. Zədələr oyunun bir hissəsidir. Pol həvəslə çalışır və biz onun dönüşünü gözləyirik”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp