Yayda Deklan Raysı satmağı planlaşdıran “Vest Hem” ona qiymət qoyub. Bir sıra Premyer Liqa klubunun maraq göstərdiyi dayaq yarımmüdafiəçisinin transferi asan başa gəlməyəcək.

Futbolinfo.az xəbər verir ki, “Arsenal”ın əsas transfer hədəfi olan futbolçuya “Mançester Yunayted” də müştəri düşüb. “Vest Hem” qışda hətta “Qırmızı şeytanlar”ın 100 milyon avroluq rəsmi təklifini geri çevirmişdi. “Çelsi”nin də diqqət etdiyi oyunçunu klubu bu məbləğin iki qatına satmaq niyətindədir.

Lakin Deklanın real dəyəri 120 milyon avro dəyərləndirilir. Güman ki, yayda bu məbləği ödəyən Raysı düşərgəsinə aparacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp