Lebron Ceyms basketbolun yeni kralıdır. O, MBA-da qazandığı xalların sayını 38390-a yüksəldərək Kərim Abdul-Cabbarın illərdi davam edən rekordunu qırdı.

Futbolinfo.az xəbər verir ki, indiyədək 38387 xalla rekorda sahib olan Kərim Abdul-Cabbar Lebronun tarixə düşdüyü görüşdə meydana edərək onu şəxsən təbrik edib. “Los Anceles Leykers”in ulduzu dünən “Oklohama Siti Tanders”lə görüşdə 38 xal qazanmaqla 40 il davam edən rekordu tarixə qovuşdurdu.

Sözügedən matç qazandığı xallar Lebronun komandasına qələbə qazanmaqda kömək olmadı. Oklohamalılar 133:130 hesabı ilə üstün oldu.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp