“Hoffenhaym” yeni baş məşqçisinə qovuşdu. Pelleqrino Matarazzo Bundesliqa klubu ilə 2025-ci ilin yayında başa çatacaq müqavilə imzaladı.

Futbolinfo.az xəbər verir ki, Matarazzo uğursuz nəticələrə görə istefaya göndərilən Andre Braytenrayteri əvəz edəcək. Mövsümün əvvəlindən Bundesliqa klubuna rəhbərlik edən sözügedən mütəxəssis 22 matçda cəmi 7 qələbə qazanıb, 11 matçda uduzmuşdu. Yeni çalışdırıcı vəziyyəti düzəltməlidir.

45 yaşlı Matarazzo uzun müddət “Hoffenhaym” aşağı yaş qrupların rəhbərlik edib. 2018-19-cu illərdə əsas komandada əvəzedici olan çalışdırıcı, daha sonra 3 il “Ştutqart”a rəhbərlik etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp