“Mançester Yunayted” tezliklə satıla bilər. Qətərli investorlar İngiltərə klubunu almaq üçün bu gün rəsmi təklif göndərmək niyyətindədir.
Futbolinfo.az xəbər verir ki, Qətər əmiri Tamam bin Hamad Əl Tani “Qırmızı şeytanlar”a sahib olmaq üçün səylərini davam etdirir. 2011-ci ildə istəyinə çata bilməyən şeyx, Qleyzerlər ailəsinin klubu satmaq niyyətinə düşməsindən sonra yenidən hərəkətə keçib.
Mankunianların başqa müştəriləri də var. Lakin qətərli invenstorların təklifi daha cəlbedici olduğundan, digər variantlar müzakirə mövzusu deyil. Tamam bin Hamad Əl Tani həm də çılğın “Mançester Yunayted” azarkeşi olduğundan, hər cür fədakarlğa hazırdır.