Kodi Qakpo “Mançester Yunayted” azarkeşi imiş. Ötən ay “Liverpul”a transfer olunan Niderland millisinin sirrini Ruud van Nistelroy ifşa edib.
Futbolinfo.az xəbəbr verir ki, hazırda PSV-ni çalışdıran “Mançester Yunayted”in sabiq hücumçusu rəhbərliyi altında oynayan Qakponu da bu kluba göndərmək istəyirmiş: “MY onun xəyallarının komandası idi. Mankunianlar yanvarda ona təklif göndərmədi, mən də ona yaya kimi gözləməsini tövsiyyə etdim. Məsləhətimə qulaq asmadı, İngiltərə Premyer Liqasına yollanmağa tələsdi”.
Van Nistelroy Qakponun Vircil van Deyki dinlədiyini deyir: “O, yanvarda klubunu dəyişmək istəyirdi. Belədə millidəki komanda yoldaşının məsləhətinə qulaq asdı. Onlar “Liverpul”da birgə oynamağa qərar verdilər”.