PSJ-nin baş məşqçisi Kristofer Qaltye risk etməyəcək. O, Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda yalnız sağlam futbolçulara güvənəcək.

Futbolinfo.az xəbər verir ki, təcrübəli məşqçi “Bayern”lə qarşılaşmada Kilian Mbappenin oynayıb-oynamayacağı barədə suala belə cavab verib: “Bəli, ilkin xəbərlərə görə, onun 15 dəqiqə oynaması mümkündür. Lakin matç saatına kimi gözləyəcək, vəziyyətə baxacağıq. Sağlamlıq hər şeydən vacibdir, hücumçumuzla bağlı risk etməyəcəyik”.

Qaltye Lionel Messi barədə də eyni fikirdədir: “Argentinalı Liqa 1-də “Monako”ya qarşı oynamayacaq, dizi ilə bağlı narahatlıq var. Bazar ertəsi isə məşqlərə qoşulacaq. Onunla bağlı da risk etməyəcəyik. Oynamaq şansı var, özünü yaxşı hiss etsə, “Bayern”ə qarşı meydana çıxacaq”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp