Xosep Qvardiola “Mançester Siti”dən ayrılmaq istəmir. O, hətta indi əvvəlki dövrlə müqayisədə burada qalmağa daha qərarlıdır.

Futbolinfo.az xəbər verir ki, ispan məşqçinin “şəhərlilər”in cəzalanması halında istefa verəcəyi yazılır. Hətta onun PSJ-yə gedəcəyi barədə də xəbərlər var.

Qvardiola bütün söz-söhbətlərə nöqtə qoymaq niyyəti ilə açıqlama verib: “Bu kreslodan qalxmayacam, qalmaq istəyirəm. Hətta indi hər zamankından daha qərarlıyam. Klubdan bugünədək mənə yalan deməyiblər, rəhbərliyə güvənirəm. Bu ittihamlardan qurtulacaq, çətin dönəmi adladacağıq. Biz yanlış bir şey etməmişik. Klub idarəçilərinə güvənirəm”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp