Karlo Ançelottinin Braziliya millisinə təyinat alacağıyla bağlı xəbərlər yenidən gündəmə gəlib. Qətərdəki Dünya Çempionatı bitincə yayılan informasiyalar italiyalı tərəfindən təkzib edilsə də, indi yenidən mətbuata sızıb.

Futbolinfo.az xəbər verir ki, cənubi amerikalılar bu təyinatı o qədər çox arzulayır ki, hətta yayadək millini başsız qoymağa hazırdırlar. Məhz həmin vaxt mövsüm bitəcək və Ançlottinin “Real”dan ayrılması rahatlaşacaq.

Daha öncə karyerasını Madriddə bitirmək istədiyini deyən mütəxəssis də fikrini dəyişib. La Liqada işləri yaxşı getməyən “Real” İspaniya Superkubokunu əldən verib. Mövsümün sonunda ölkə çempionluğu və ya Çempionlar Liqasında qələbə reallaşmasa, klub da Ançelottinin gedişinə əngəl törətməyəcək.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp