“Barselona”nın müdafiəçisi Jordi Alba komandadan ayrılmaq istəmir. Onun ilk hədəfi klubla olan müqaviləsini başa vurmaqdır.

Futbolinfo.az xəbər verir ki, cinah oyunçusu 2024-cü ilin yayında bitəcək anlaşmasının sonunadək “Barselona”da qalacaq: “İlk hədəfim budur, daha sonrasına baxacağıq. Özümü əla hiss edirəm. Lazım gələrsə, maaşımda yenə güzəştə gedərəm. Nə vaxt bu klubda oynamağa layiq olmadığımı görsəm, həmin vaxt ayrılan ilk adam mən olacağam. Göndərmələrini gözləməyəcəm, özüm gedəcəm”.

İlyarımlıq müqaviləsi qalan 33 yaşlı Alba “Barselona”ya 2012-ci ilin yayında gəlib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp