“Bayern”də Manuel Noyer ətrafında baş qaldıran qalmaqal yoluna qoyulur. Zədəli qolkiperin qapıçılar üzrə məşqçinin qovulmasına göstərdiyi reaksiya üzündən yaranan gərginlik səngiyib.

Futbolinfo.az xəbər verir ki, bu gün baş məşqçi Yulian Naqelsmannla görüşən Noyer müəyyən müzakirələr aparıb. Lakin mətbuata heç bir açıqlama verilməyib.

Kapitan statusundan yararlanaraq klub daxilində başverənlərə qarışmaq hüququ olduğunu düşünən Manuel klub rəsmiləri – Oliver Kan və Hasan Salihamiciçlə də bir araya gəlmək niyyətindədir. Amma klub rəhbərliyi bu mövzunu qapatmaq, PSJ ilə Çempionlar Liqası matçına köklənmək istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp