Pyer-Emerik Obameyanq MLS-ə getmək istəmir. “Çelsi” adını Çempionlar Liqası üçün iştirak ərizəsinə salmadığı hücumçunu hansısa kluba icarəyə vermək istəsə də, qabonlu İngiltərədə qalmağı lazım bilir.

Futbolinfo.az xəbər verir ki, “Los-Anceles”in müştəri düşdüyü futbolçu, heyətə düşmək üçün sonadək mübarizə aparmaq niyyətindədir. “Barselona”, “Atletiko” və “Milan”ın yayda pul ödəmədən heyətinə qatmağı düşündüyü forvard, həmin vaxtadək özünü növbəti dəfə isbatlayacağına inanır.

“Çelsi”nin baş məşqçisi Qrem Potter də gözləmə mövqeyindədiir: “Obameyanq”ın “Los-Anceles”ə gedəcəyi barədə bilgim yoxdur. O, son məşqə qatıldı və özünü yaxşı tərəfdən göstərdi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp