Misli Premyer Liqasında XXII turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq.

Əvvəlcə “Turan Tovuz” qərb derbisində “Kəpəz”lə üz-üzə gələcək. 

Günün digər matçı isə lider “Qarabağ”la əsas izləyicisi “Sabah” arasında keçiriləcək.

Xatırladaq ki, ilk oyun günündə təşkil olunmuş “Qəbələ” – “Neftçi” matçı qolsuz yekunlaşıb. “Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
XXII tur

11 fevral

“Turan Tovuz” – “Kəpəz”
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Rəşad Əhmədov.
Tovuz şəhər stadionu, 14:00.

“Qarabağ” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov.
“Azersun Arena”, 17:00.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp