“Turan Tovuz”un “Huner Group”la əməkdaşlığın reallaşmasında vasitəçilik edən Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, ilk sponsorluq müqaviləsinin məhz Tovuzda reallaşmasını belə izah edib:

“Yaydan bəri danışıqlar var. Danışıqlar Bakıda gedirdi. Fondumuzun aktiv dövründə iki klub elitaya yüksəldi. Hər ikisinin böyük tarixi var, futbol bölgələridir. Buna görə də Tovuz və Gəncə prioritet oldu. “Kəpəz”lə bağlı da işlərimiz eyni şəkildə davam edir. Sponsorluq müqaviləsi imzalanması üçün 8-9 ay qısadır. Ümid edirik ki, bu əməkdaşlıq o bölgədən olan sahibkarlara da müsbət təsir edəcək”.

Piriyev tədbirdə AFFA-dan heç kimin olmamasına da aydınlıq gətirib: “FİF-in təsisçisi AFFA-dır. Xüsusi səbəb yoxdur. Hər biri məşğul insanlardır. Xəbərləri var. Qrafiklə regionlara səfərləri olur. Xüsusi dəvət olmayıb”.

FİF rəsmisi “Turan 100k” layihəsinin aqibəti barədə də danışıb: “Bu layihə davam edir. İlk planımız mövsümün sonuna qədər davam etdirməkdir. Həmin zaman müzakirə olunacaq. Hazırda 15 faizə yaxın vəsait toplanıb. İanə portalı kimi açmışıq. Bölgə camaatının aktiv iştirak etməsini istəyirik. Alternativ planlarımız da var”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp