Misli Premyer Liqasında XXII turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha iki görüş baş tutub.

Əvvəlcə “Turan Tovuz” qərb derbisində “Kəpəz”lə üz-üzə gəlib. Meydan sahibləri bu oyundan inamlı qələbə ilə ayrılıblar. 

Günün digər matçı isə lider “Qarabağ”la əsas izləyicisi “Sabah” arasında keçiriləcək.

Xatırladaq ki, ilk oyun günündə təşkil olunmuş “Qəbələ” – “Neftçi” matçı qolsuz yekunlaşıb. “Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
XXII tur

11 fevral

“Turan Tovuz” – “Kəpəz” 2:0
Qol: R.Eva, 45+4. X.Nəcəfov, 48.
Qırmızı vərəqə: O.Sadıqlı, 84.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Müslüm Əliyev, Rəşad Əhmədov.
Tovuz şəhər stadionu, 14:00.

Turan Tovuz: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev (k), 7. Ehtiram Şahverdiyev, 10. Xəyal Nəcəfov, 55. Xulu Siyanda, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva, 11. Ayxan Quseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 77. Cavid Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 9. Belaydi Pusi, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.
Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 77. Fərid Nəbiyev, 2. Zamiq Əliyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 25. Elgün Bayramov, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci.
Baş məşqçi: Tərlan Əhmədov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp