Misli Premyer Liqasında XXII turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Günün sonuncu matçı lider “Qarabağ”la əsas izləyicisi “Sabah” arasında keçirilib. Oyunda hesabı Ağdam təmsilçisi açsa da, qonaqlar bərabərlik qolunu vurmağı bacarıblar. Yekunda qarşılaşma heç-heçə bitib.

Xatırladaq ki, ilk oyun günündə təşkil olunmuş “Qəbələ” – “Neftçi” matçı qolsuz yekunlaşıb. Bu gün isə “Turan Tovuz” doğma meydanda “Kəpəz”i 2:0 hesabıyla məğlub edib.

“Səbail” – “Zirə” və “Sumqayıt” – “Şamaxı” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
XXII tur

11 fevral

“Qarabağ” – “Sabah” 1:1
Qol: M.Qurbanlı, 15 – B.Həsənalızadə, 75.
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Kamran Bayramov, Kamranbəy Rəhimov.
“Azersun Arena”, 17:00.

Qarabağ: 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov (k), 77. Ramil Şeydayev, 44. Elvin Cəfərquliyev, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 7. Yassin Benzya, 87. Adama Diakabi, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 18. Davit Volkov, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 3. Zurab Oçiqava, 99. Emmanuel Apeh.
Baş məşqçi: Murad Musayev.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp