Bu gün Misli Premyer Liqasında XXII tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Səbail” doğma meydanda “Zirə” ilə üz-üzə gələcək.

“Sumqayıt” isə “Şamaxı”nı qəbul edəcək.

Xatırladaq ki, daha öncə “Qəbələ” – “Neftçi” (0:0) və “Qarabağ” – “Sabah” (1:1) matçlarında qalib müəyyənləşməyib. “Turan Tovuz” isə “Kəpəz”lə ev oyununda 2:0 hesablı qələbəyə sevinib.

Misli Premyer Liqası
XXII tur

12 fevral

“Səbail” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Rəhman İmami, Səbuhi Bayramov.
“ASCO Arena”, 15:00.

“Sumqayıt” – “Şamaxı”
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Eyyub İbrahimov, Rövşən Rəcəbov.
“Sumqayıt Arena”, 17:30.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp