Bu gün Misli Premyer Liqasında XXII tura yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, sonuncu oyun günündə daha iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Səbail” doğma meydanda “Zirə” ilə üz-üzə gəlib. “Dənizçilər” bu oyunda inamlı qələbəyə seviniblər.

Bu gün həm də “Sumqayıt” isə “Şamaxı”nı qəbul edəcək.

Xatırladaq ki, daha öncə “Qəbələ” – “Neftçi” (0:0) və “Qarabağ” – “Sabah” (1:1) matçlarında qalib müəyyənləşməyib. “Turan Tovuz” isə “Kəpəz”lə ev oyununda 2:0 hesablı qələbəyə sevinib.

Misli Premyer Liqası
XXII tur

12 fevral

“Səbail” – “Zirə” 2:0
Qol: D.Qomis, 48. M.Abbasov, 78.
Hakimlər: Rauf Cabarov, Cavanşir Yusifov, Rəhman İmami, Səbuhi Bayramov.
“ASCO Arena”, 15:00.

Səbail: 1. Emil Balayev (k), 2. Adil Nağıyev, 6. Cabir Əmirli, 8. Elmir Tağıyev, 22. Samir Abdullayev, 11. Qoba Zakpa, 99. David Qomis, 30. Franko Mazurek, 5. Petro Stasyuk, 23. Qustavo de Fransa, 4. Maksim Çex.
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Mirabdulla Abbasov, 15. Vüqar Həsənov, 3. Turan Manafov, 17. Rafael Məhərrəmli, 55. Nihad Qurbanlı, 77. Ədilxan Qarəhmədov, 20. Mirəli Əhmədov, 27. Emil Martinov, 88. Matiya Lyuyiç.
Baş məşqçi: Şahin Diniyev.
Zirə: 41. Anar Nəzirov, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 2. Sertan Taşkın, 96. Donald Gerye, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 23. Andriya Lukoviç, 14. Hamidu Keyta, 5. Moiz Adileu.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 22. Nail Alışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 38. Ramiz Səmədov, 70. İssa Cibrila, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp