Karlo Ançelotti “Real”dakı gələcəyindən danışıb.

Futbolinfo.az xəbər verir ki, Madrid klubunun baş məşqçisi klublararası dünya çempionluğunu qazandıqdan sonra gələcək planları ilə də bağlı fikirlərini bölüşüb.

İtaliyalı məşqçinin sözlərinə görə, İspaniya klubunun rəhbərliyi onu qovmayınca, postundan ayrılmağı düşünmür: “Onlar məni qovmasa, gedən deyiləm”.

Xatırladaq ki, 63 yaşlı mütəxəssisin Madrid təmsilçisi ilə 2024-cü ilin iyununa qədər müqaviləsi var.

“Real” La Liqada 20 oyuna topladığı 45 xalla “Barselona”dan 8 xal geri qalaraq 2-ci yerdədir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp