Azərbaycanlı şahmatçı Rauf Məmmədov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsində iştirak edib.
Futbolinfo.az xəbər verir ki, ümumi sıralamada 10-cu sırada olan 35 yaşlı qrossmeyster 20 xal qazanıb.
Onun bu turnirdə əldə etdiyi gəlir də bəlli olub. Məmmədovun bu mərhələdən qazancı 7500 dollar təşkil edib.
“Airthings Masters”in qalibi olan Maqnus Karlsen 30 min dollar, ikinci və üçüncü yeri tutan ABŞ şahmatçılarından Hikaru Nakamura 20 min dollar, Uesli So isə 15 min dollara yiyələnib.