“Tottenhem”in İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutan “Lester Siti” ilə səfər oyununda zədələnən futbolçusu Rodriqo Bentankurun durumuna aydınlıq gəlib.

Futbolinfo.az xəbər verir ki, London təmsilçisi yarımmüdafiəçinin diz bağlarında yırtıq aşkarlandığını və buna görə əməliyyat olunacağını açıqlayıb.

Uruqvay yığmasının da üzvü olan 25 yaşlı futbolçunun cari mövsümdə meydana çıxmayacağı diqqətə çatdırılıb. Onun ən yaxşı halda növbəti mövsümün əvvəlinə hazır olması proqnozlaşdırılır.

Xatırladaq, Bentankur “Lester Siti” ilə oyunun 14-cü dəqiqəsində vurduğu qolla hesabı açmış, lakin ağır zədəyə görə matçın 65-ci dəqiqəsində əvəzlənmişdi. Onun komandası isə bu oyunda 1:4 hesablı məğlubiyyətlə üzləşib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp