PSJ-də yenə gündəm Neymar və Lionel Messidir. Qışda komandadan gedəcəyi deyilən braziliyalı, yayda bitən müqaviləsini uzatmayacağı söylənilən argentinalı müzakirə mövzusu olaraq qalmaqdadır.

Futbolinfo.az xəbər verir ki, ardıcıl məğlubiyyətlərdən sonra əsəbləşən rəhbərliyin Neymarla sözlü atışması növbəti dəfə onun satılacağıyla bağlı xəbərləri aktuallaşdırıb. Fransa mətbuatı əminliklə iddia edir ki, mövsüm bitən kimi braziliyalı transferə çıxarılacaq.

Messiyə gəlincə, argentinalının bugünədək yeni müqavilə bağlamaması tərəflərin razılığa gəlməməsini göstərir. Dünya çempionunun tələbləri çox yüksəkdir, PSJ isə klubda balansı pozmamaq, oyunçular arasında maaş fərqində uçurum yaranmasına imkan verməmək üçün Messinin istəkləri ilə razılaşmır.

Üstəlik, Kilian Mbappe bu futbolçularla yola getmir. Gənc ulduz klubda özünün söz sahibi olmasını istəyir, cənubi amerikalıların baş rolda olmasından xoşlanmır. Bütün bunları nəzərə alan PSJ rəsmiləri çıxış yolunu yayda komandanı yenidən qurmaqda görür.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp