Yayda “Real”ın başına keçəcəyi deyilən Yürgen Klopp bu xəbərləri təkzib edib. “Liverpul”un baş məşqçisi heç kimlə danışıq aparmadığını, hazırkı klubu ilə yola davam edəcəyini bildirib.

Futbolinfo.az xəbər verir ki, son günlər madridlilərin mövsüm bitən kimi Karlo Ançelotti ilə vidalaşacağı, yerinə alman mütəxəssisin təyin olacağı haqda xəbərlər dolaşır. Klopp isə bunu istisna edir: “Liverpul”un gözəl ənənələri var, onlardan biri qarşılıqlı inamdır. Böyük uğurların davam edəcəyinə əminik. Azarkeşlər mənə inanır və əmindirlər ki, gözəl zamanlar yenə gələcək. Bunun üçün çalışırıq. Bəlkə də bizim uğursuz günlərimiz bir az uzun çəkdi. Amma bitəcək və mən heç yerə getmirəm”.

Kloppun “Liverpul”u “Real”a dəyişəcəyi ilə bağlı söz-söhbətin bu komandaların Çempionlar Liqasındakı qarşılaşmaları öncəsi ortaya çıxması özü də maraqlı məqamdır.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp