“Liverpul” növbəti mövsümün planlarını qurur. Mersisaydlılar yay transfer pəncərəsi üçün əsas namizədlərini müəyyənləşdirib.

Futbolinfo.az xəbər verir ki, İngiltərə klubunun əsas məqsədi “Benfika”dan Antonio Silvanı heyətinə qatmaqdır. Eyni zamanda Qonsalo İnasio, Yoşko Qvardiol və Carrad Brauntueyt “Liverpul”un təklif göndərəcəyi əsas futbolçulardır.

Bu mövsüm hədəflərindən uzaq düşən “Liverpul” yayda önəmli transferlərlə güclənmək və yenidən çempionluq mübarizəsinə qoşulmaq istəyir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp