PSJ-nin hücumçusu Neymar vəziyyəti haqda danışıb. Çempionlar Liqasında “Bayern”ə qarşı keçirəcəkləri oyunöncəsi braziliyalı əla formada olduğunu deyib.

Futbolinfo.az xəbər verir ki, Neymar tənqidlərin onu narahat etmədiyini bildirib: “Həm fiziki, həm də psixoloji cəhətdən özümü tam hazır sayıram. Tənqidlər olacaq, hamının futbolumu müzakirə etməkə şansı var. Önümə baxıram. Klub üçün ən yaxşısını etməyə çalışacağam. Mövsümün sonuna kimi belə olacaq”.

Braziliyalı Almaniya təmsilçisinə qarşı matç barədə də danışıb: “Çox güclü komandaya qarşı oynayacağıq. Həm onların, həm də bizim istedadlı futbolçularımız var. Oyunçular yüksək keyfiyyətə malik olanda oyununun səviyyəsi də yüksək olur. Əminəm ki, bizi iki əla matç gözləyir. Qalib gəlmək üçün ortaya mükəmməl oyun qoymalıyıq”.

Neymar Kilian Mbappe barədə də danışıb: “Çox önəmli oyunçumuzdur. Ən azı bir neçə dəqiqə bizə kömək edəcəyinə ümid edirəm. Zədəsini sağaltmaq üzrədir, mənə özünü yaxşı hiss etdiyini dedi”.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp