Daniele de Rossinin məşqçi kimi debütü uğursuz alındı. O, SPAL-dan qovulmaq üzrədir.

Futbolinfo.az xəbər verir ki, ötən ilin oktyabrında B Seriyası təmsilçisində işə başlayan “Roma” əfsanəsi uğursuz nəticələrlə yadda qalır. Komanda onun rəhbərliyi altında çempionatda 16 matçda cəmi 3 qələbə qazanıb. 6 heç-heçə və 7 məğlubiyyət SPAL-ın 20 komanda arasında 18-ci pillədə yer alması ilə nəticələnib.

Kubok mübarizəsindən də erkən ələnən klubun rəhbərliyi 39 yaşlı de Rossi ilə 2024-cü ilin yayına kimi nəzərdə tutulan müqaviləni elə bu həftə poza bilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp