Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 3-cü dövrəyə start verilib.

Futbolinfo.az xəbər verir ki, günün ilk görüşündə “Azərreyl” “Murov”la üz-üzə gəlib.

Matç “Azərreyl”in üstünlüyü ilə başlayıb. İlk setdə 25:22 hesabı ilə qalib gələn Eldar Yusubovun komandası sonrakı hissələri də aktivinə yazıb – 25:20, 25:18. Yekun nəticədə “Azərreyl” növbəti 3 xalını 3:0 hesablı qələbə ilə əldə edib.

Voleybol Mərkəzində təşkil olunan 7-ci turun növbəti matçı UNEC və “Abşeron” komandaları arasında olub. Bu görüşdə də qalib 3 setdə müəyyənləşib. Famil Ağayevin yetirmələri bu matçdan asan qələbə ilə ayrılıblar. “Abşeron” ilk hissəni 25:10, sonrakı setləri isə 25:05 və 25:07 hesabları ilə qazanıb.

7 turdan sonra “Azərreyl” 17 xalla turnir cədvəlində liderliyini davam etdirir. “Abşeron”un 15, “Murov”un 10 xalı var. Turnir cədvəlində sonuncu pillədə olan UNEC-in isə xalı yoxdur.

Yüksək Liqa
7-ci tur
13 fevral

Azərreyl – Murov 3:0 (25:22, 25:20, 25:18)
Abşeron – UNEC 3:0 (25:10, 25:05, 25:07)

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp