Bakıda “Qarabağ” və Belçikanın “Gent” komandaları arasında keçiriləcək Avropa Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununun təyinatları müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, matç İsveçdən olan hakimlər briqadasına tapşırılıb.

Qarşılaşmanın baş hakimi Məhəmməd Əl-Hakim olacaq. Ona yan xətt hakimləri Fredrik Kliver və Robin Vilde kömək edəcəklər. Dördüncü hakim funksiyasını Boyan Pandziç yerinə yetirəcək.

Polşalı Bartoş Frankovsk VAR hakimi, Pavel Pskit isə onun köməkçisi olacaq. Estoniyalı Uno Tutk hakim-inspektor, irlandiyalı Peadar Rayan UEFA nümayəndəsi kimi təyinat alıb.

Fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək bu qarşılaşmaya saat 21:45-də start veriləcək. Cavab matçı fevralın 23-də Gentdə baş tutacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp