Derbidə “Everton”a 2:0 hesabı ilə qalib gələn “Liverpul” uğursuz seriyaya son qoydu. Məhəmməd Salahın 49 gündən sonra qol vurduğu matçda Kodi Qakpo da siftə etdi. Bu, həm də mersisaydlıların 4 qələbəsiz oyun seriyasının bitməsi demək oldu.

Futbolinfo.az xəbər verir ki, matç meydan sahiblərinin baş məşqisi Yürgen Klopp üçün də əlamətdar oldu. Alman mütəxəssis “Liverpul”da 250-ci qələbəsini qazandı. İngiltərə Premyer Liqasının 23-cü turunda bunu bacaran mütəxəssis 414-cü matçına çıxırdı.

Beləliklə, Klopp “Liverpul”un tarixində 250-ci qələbəni daha az oyuna qazanan məşqçi oldu. Bundan əvvəlki rekord Bobi Peysliyə (448 oyun) məxsus idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp