“Milan”ın qapıçı həsrəti bitir. Komandanın əsas qolkiperi Mayk Menyan tezliklə meydana çıxa biləcək.

Futbolinfo.az xəbər verir ki, mövsümün əvvəlində zədələnən qapıçı Fransa yığmasının düşərgəsində vəziyyətini pisləşdirmişdi. Onun Dünya Çempionatına kimi sağalmasına çalışan tibb işçiləri, müalicəni tezləşdirən vasitələrdən istifadə etmiş və bu, vəziyyəti bir az da pisləşdirmişdi.

“Milan” qışda yeni qapıçı almaq üçün çox çalışdı, amma istəyinə nail ola bilmədi. İkinci qapıçı Kiprian Tatarşanu isə ümidləri doğrultmadı, “rossonyelər”in 2023-ə çox pis başlamasında onun inamsız oyununun da rolu var.

Artıq Menyan qayıdır. Məşqlərə başlayan fransalının Çempionlar Liqasının 1/8 final mərhələsində geri dönəcəyi deyilir. Lakin o, bu gün deyil, yalnız cavab matçında meydanda olacaq.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp