“Kəpəz” Tərlan Əhmədovla davam etmək qərarı verdi. Dünən bir araya gələn klub rəhbərliyi baş məşqçinin nəticələri yaxşılaşdırması üçün daha bir neçə tur şansa ehtyacı olduğunu düşündü.

Əslində, “Kəpəz”in problemi təkcə məşqçi məsələsi deyil. Klubun idarəetməsində boşluqlar var, daxili ab-hava çox pisdir. Az qala hamı bir-birində günah görür, çətin vəziyyətdən çıxmaq üçün birlik göstərmək əvəzinə qarşılıqlı ittihamlara üstünlük verirlər. Təəssüf ki, illərdir belədir və çıxış yolu tapmaq mümkün olmur.

Əhmədov iclasda indiki məqamda istefa vermək fikrində olmadığını deyərək, “Kəpəz”i elitada saxlamaq tapşırığının öhdəsindən gələcəyini əminliklə söyləyib. Həmçinin “Şamaxı” və “Sumqayıt”la qarşılaşmalarda komandasının uğurlu nəticələrə imza atacağına söz verib. Onun postunda saxlanması da bu vədlərə görə reallaşıb. İndi məşqçinin qarşısında çətin tapşırıq var – önümüzdəki 2 turda ən azı 4 xal toplanılmasa, Əhmədov postu ilə vidalaşacaq.

“Kəpəz”in yeni baş məşqçisi olmaq üçün hazırda iki namizəd var. Yerli veteranlar və bəzi azarkeşlər də iki qrupa bölünüb. Onlar israrla “Kəpəz”də gəncəli məşqçinin işləməli oduğunu düşünür və əvəzediciləri çalışdıran Xaliq Mərdanovu önə çəkirlər. Digər namizəd vaxtilə komandanı çalışdırmış Etibar İbrahimovdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp